525.Az

"Kəpəz"in sabiq kapitanı Qazaxıstan klubunda


 

"Kəpəz"in sabiq kapitanı Qazaxıstan klubunda<b style="color:red"></b>

"Kəpəz"in sabiq kapitanı Yeqor Xvalkonun yeni klubu müəyyənləşib.

525.az xəbər verir ki, belaruslu müdafiəçi Qazaxıstanın “Tobol” komandasına transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2022-ci ildən Gəncə təmsilçisinin formasını geyinən 28 yaşlı futbolçu bu müddət ərzində 95 çempionat matçında 3 qolla yadda qalıb. Müqaviləsinin müddəti başa çatan futbolçu ötən ay “Kəpəz”dən ayrılıb.

 





30.07.2025    çap et  çap et