525.Az

Burkino-Fasoda silahlılar 50 hərbçini öldürdülər


 

Burkino-Fasoda silahlılar 50 hərbçini öldürdülər<b style="color:red"></b>

 

Burkino-Fasoda qeyri-qanuni silahlı birləşmənin üzvləri Namentenqa əyalətinin Darqo yaşayış məntəqəsinə yerləşən hərbi bazaya hücum ediblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 50 hərbçi öldürülüb, bir neçəsi isə yaralanıb.

Bu barədə mətbuata yerli icmanın rəhbərliyindən məlumat verilib. Basqında "Əl-Kaidə" ilə əlaqəli olan "Camaat Nusrat əl-İslam vəl-Muslimin" qruplaşmasının 100-dən çox silahlısının iştirak etdiyi məlum olub.

Qeyd edək ki, 2015-ci ildən Burkino-Fasoda bir neçə ekstremist qruplaşma fəaliyyət göstərir. Bu qruplaşmalar son 10 ildə 26 min dinc sakin və hərbçinin ölümünə, bir neçə milyon insanın ev-eşiyindən didərgin düşməsinə səbəb olub.

L.Tağıyeva

 





30.07.2025    çap et  çap et