525.Az

Qvatemalada 6 bal gücündə zəlzələ


 

Qvatemalada 6 bal gücündə zəlzələ<b style="color:red"></b>

 

Almaniyanın Yer Elmləri Araşdırma Mərkəzi Qvatemalada 6 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

525.az xəbər verir ki, mərkəzdən verilən açıqlamada zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib. Zəlzələ nəticəsində 1 nəfər ölüb, 20-dən çox bina isə dağılıb.

Qeyd edək ki, Qvatemala Milli Bələdiyyə və Departament Yanğınsöndürənlər Assosiasiyası ən çox zərərin San Miqel kəndinin dəydiyini açıqlayıb.

Məhəmməd Tağıyev

 





30.07.2025    çap et  çap et