525.Az

Tramp Hindistana 25 faizlik gömrük rüsumu tətbiq edəcək


 

Tramp Hindistana 25 faizlik gömrük rüsumu tətbiq edəcək<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Rusiyadan ən çox enerji idxal edən ölkələrin Hindistan və Çin olduğunu bildirib.

525.az xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında Hindistanla bağlı paylaşım edib. 

Tramp: “Biz bu illər ərzində onlarla nisbətən az iş aparmışıq, çünki onların tarifləri çox yüksəkdir, dünyada ən yüksəkdir və onlar hər hansı bir ölkənin ən nəhəng və dəhşətli qeyri-monetar ticarət maneələrinə malikdirlər” - deyib.

Qeyd edək ki, Tramp Hindistanın silahlarının əhəmiyyətli bir hissəsini Rusiyadan idxal etdiyini söyləyib.

Məhəmməd Tağıyev

 





30.07.2025    çap et  çap et