Yaponiyanın Hyoqo prefekturasının Tanba şəhərində temperatur 41,2 dərəcəyə çatıb.
525.az xəbər verir ki, yüksək temperatur Yaponiyanın bir çox şəhərlərinə təsir etməkdə davam edir. Belə ki, Hyoqo prefekturasının Tanba şəhərində havanın temperaturu 41,2 dərəcəyə çatıb ki, bu da ölkə tarixində ən yüksək göstərici kimi qeydə alınıb.
Beləliklə, bu temperatur 2018 və 2020-ci illərdə qeydə alınan nəticədən sonra ölkədə ən yüksək temperatur səviyyəsi hesab olunur.
Məhəmməd Tağıyev
çap et