525.Az

Özbəkistan millisinin üzvü "Başakşehir"də


 

Özbəkistan millisinin üzvü <b style="color:red">"Başakşehir"də</b>

"Başakşehir" Özbəkistan millisinin üzvü Abbosbek Fayzullaevi heyətinə qatıb.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi SSKA-dan (Rusiya) transfer edilib. Onunla 5 illik müqavilə imzalanıb.

Fayzullaev 2023-cü ilin avqustundan SSKA-da çıxış edirdi. O, komandada ümumilikdə 72 oyun keçirib, 8 qol vurub və 22 məhsuldar ötürmə edib.

 





30.07.2025    çap et  çap et