525.Az

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb


 

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb<b style="color:red"></b>

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 2 dollardan çox bahalaşıb.

525.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,13 ABŞ dolları və ya 3% artaraq 73,64 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,51 ABŞ dolları idi.

 





31.07.2025    çap et  çap et