525.Az

"Qarabağ"ın sabiq hücumçusu "Turan Tovuz"a keçib


 

"Qarabağ"ın sabiq hücumçusu "Turan Tovuz"a keçib<b style="color:red"></b>

"Turan Tovuz" klubu "Qarabağ"ın sabiq futbolçusu İbrahima Vacini transfer edib.

525.az-a bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Son klubu "Sent-Etyen" (Fransa) olan hücumçu ilə "1+1" illik müqavilə bağlanıb.

Qeyd edək ki, 30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesunn", Azərbaycanda isə "Qarabağ"ın formasını geyinib.

 





31.07.2025    çap et  çap et