525.Az

Rubl sürətlə dəyərdən düşür


 

Rubl sürətlə dəyərdən düşür<b style="color:red"></b>

Rusiya rublu dollar və avro qarşısında dəyərini sürətlə itirməyə davam edir.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu gün Rusiyada 3,5 saat ərzində dollar 4 rubl, avro isə 3,5 rubl bahalaşıb.
 
Moskva vaxtı ilə saat 11.30-da avro 74 rubl, 12.30-da 75 rubl, 13.30-da 76 rubl olub. Birjanın açılışında 60,39 rubl olan ABŞ dollarının kursu 3 saat ərzində 63,99 rubla yüksəlib, sonra azacıq aşağı düşüb.
 
Rublun dəyərsizləşməsi neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirilir. Belə ki, son 6 ildə ilk dəfə olaraq Brent neftinin qiyməti 52 dollardan aşağı düşüb.

 





06.01.2015    çap et  çap et