525.Az

DGTYB "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" layihəsini həyata keçirir 


 

DGTYB "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" layihəsini həyata keçirir <b style="color:red"></b>

Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" adlı layihə icra olunur.

525.az xəbər verir ki, DGTYB başqanı, şair -publisist İntiqam Yaşarın rəhbərliyi ilə icra olunan layihə çərçivəsində Qərbi Azərbaycan mövzusunda yazılmış hekayələr kitablaşdırılaraq çap olunacaq. İki dildə çapının həyata keçirilməsi planlaşdırılan kitabın Azərbaycanın paytaxtı Bakı şəhərində, Türkiyənin paytaxtı Ankara şəhərində və Özbəkistanın paytaxtı Daşkənd şəhərində ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş təqdimat törənlərinin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyi mütəmadi olaraq Türk ölkə və topluluqlarında  Türk dünyası ilə bağlı beynəlxalq layihələr həyata keçirir.

 





31.07.2025    çap et  çap et