525.Az

Rusiyada miqrantlara qarşı hüquqi tənzimləmələr sərtləşdirilir


 

Rusiyada miqrantlara qarşı hüquqi tənzimləmələr sərtləşdirilir<b style="color:red"></b>

Rusiya Dövlət Dumasının deputatı Vladislav Davankov, ölkədə yaşayan miqrantları tanışlıq saytlarında şəxsiyyətin təsdiqləməsinə məcburi etmək təşəbbüsü ilə çıxış edib. 

525.az Lenta.ru-ya istinadən xəbər verir ki, deputat bu təkliflə daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət göndərib.

Deputat iddia edir ki, əcnəbilər arasında artan cinayət hallarının fonunda onlayn tanışlıq platformalarında identifikasiya sistemi rus vətəndaşların təhlükəsizliyi baxımından vacibdir. Onun fikrincə, anonimlik fırıldaqçılıq, təzyiq və digər cinayətlərə şərait yaradır.

Qeyd olunur ki, bu təklif miqrantlara qarşı hüquqi tənzimləmələrin sərtləşdirilməsi istiqamətində daha bir addımdır. Bundan əvvəl Moskva vilayətində miqrant ailələrinə torpaq ayrılması məhdudlaşdırılmışdı.

İbrahim Cəfərov

 





31.07.2025    çap et  çap et