525.Az

İctimai Televiziyada yeni təyinat


 

İctimai Televiziyada yeni təyinat<b style="color:red"></b> İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinat olub.

Lent.az-ın məlumatına görə, əvvəllər İTV-nin Analitik Proqramlar Departamentinin direktoru işləyən Anar Yusifoğlu adıçəkilən televiziyanın İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinin direktor müavini təyin edilib. A. Yusifoğlu 2013-cü ilin sentyabrında vəzifəsindən azad edilmişdi.
 
Qeyd edək ki, İctimai Televiziyanın İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinə hələlik direktor təyin edilməyib. Adıçəkilən departament İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədovun kurasiyasındadır.
 





06.01.2015    çap et  çap et