525.Az

ABŞ-də enerji içkisi qutuları səhvən alkoqol ilə doldurulub


 

ABŞ-də enerji içkisi qutuları səhvən alkoqol ilə doldurulub<b style="color:red"></b>

ABŞ Qida və Dərman İdarəsi (FDA) istehlakçılara xəbərdarlıq edərək, bəzi “Celsius” markalı enerji içkilərinin səhvən spirtlə doldurulduğunu bildirib.

525.az xəbər verir ki, səlahiyyətlilərə görə, qablaşdırma tədarükçüsü boş “Celsius” qutularını səhvən araq seltzeri istehsal edən “High Noon” şirkətinə göndərib. Belə ki, şirkət özü də bilmədən bu bankaları alkoqol ilə doldurub.

Qeyd edək ki, sözügedən məhsullarla bağlı heç bir xəstəlik və ya mənfi sağlamlıq vəziyyəti bildirilməyib.

Məhəmməd Tağıyev

 





31.07.2025    çap et  çap et