Sloveniya Xarici İşlər Nazirliyi (XİN) İsrailin Sloveniyada akkreditə olunmuş səfirini Qəzzaya təcili humanitar yardımın çatdırılmasının məhdudlaşdırılması nəticəsində baş verən dözülməz humanitar fəlakətə etiraz etmək üçün nazirliyə çağırıb.
525.az xəbər verir ki, Sloveniya XİN “X” sosial media hesabında İsrailin Liviyaya yeni təyin olunmuş səfiri Rut Koen Darı nazirliyə dəvət çağırdığını açıqlayıb.
Açıqlamada: “Sloveniya XİN Qəzzaya təcili humanitar yardımların çatdırılmasının məhdudlaşdırılması nəticəsində baş verən dözülməz humanitar fəlakətə etiraz etmək üçün diplomatik təşəbbüslə İsrailin Sloveniyada akkreditə olunmuş səfirini nazirliyə çağırıb. Sloveniya İsraili dinc sakinlərin öldürülməsinə və aclığına dərhal son qoymağa çağırır” - deyə bildirilib.
Məhəmməd Tağıyev
çap et