525.Az

ABŞ Trampın Rusiyaya ultimatumunun son gününü açıqlayıb


 

ABŞ Trampın Rusiyaya ultimatumunun son gününü açıqlayıb<b style="color:red"></b>

ABŞ prezident Donald Trampın Rusiya Federasiyasına daha əvvəl verdiyi ultimatumun son gününü rəsmən elan edib.

525.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclası zamanı amerikalı diplomat Con Kelli açıqlama verib.

O deyib ki , Kiyev və Moskvanın müharibəyə son qoymaq üçün razılığa gəlməsinin vaxtı çatıb:

"Həm Rusiya, həm də Ukrayna atəşkəs və davamlı sülh barədə razılığa gəlməlidir. Prezident Tramp açıq şəkildə bildirib ki, bu, avqustun 8-dək edilməlidir. ABŞ sülhü təmin etmək üçün əlavə tədbirlər görməyə hazırdır".

Tramp bu yaxınlarda bəyan edib ki, Rusiyaya Ukraynada atəşkəs barədə razılığa gəlmək üçün 10-12 gün vaxt verir. Əks halda Rusiya neftini almağa davam edən ölkələrə qarşı sərt ticarət rüsumları və ikinci dərəcəli sanksiyalar tətbiq edəcək.

Pərvanə Sultanova

 





31.07.2025    çap et  çap et