525.Az

Elazığda mədəndə uçqun baş verib


 

Elazığda mədəndə uçqun baş verib<b style="color:red"></b>

Elazığın Palu rayonunun Kayaönü kəndində yerləşən özəl xrom mədənində uçqun baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələlik uçqunun səbəbi məlum deyil.

Hadisə yerinə jandarm, Təcili Tibbi Yardım və Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları cəlb olunub.

Uçqun altında qalan mədən işçilərinin xilas edilməsi üçün axtarış-xilasetmə işlərinə başlanılıb.

Ləman İlkin

 





01.08.2025    çap et  çap et