525.Az

Türkiyənin daha bir şəhərində meşə yanğını


 

Türkiyənin daha bir şəhərində <b style="color:red"> meşə yanğını</b>

Türkiyənin daha bir şəhərində meşə yanğını başlayıb.

525.az yerli mətbuata istinadən xəbər verir ki, bu dəfə Bursanın Yenişehir rayonunda meşə yanğını baş verib. Hazırda yanğının havadan və yerdən söndürülməsi üçün çalışılır.

Yanğın yerli vaxtla saat 13:30 radələrində Kavaklı məhəlləsindəki meşədə başlayıb. İlk müdaxilə Yenişehir Meşə Təsərrüfatı İdarəsindən gəlib.

Hazırda yanğınla mübarizəyə 2 helikopter, 8 su maşını, 4 su tankeri və 62 canlı qüvvə cəlb olunub.

İbrahim Cəfərov

 





01.08.2025    çap et  çap et