525.Az

İstanbul-Hələb uçuşları bərpa olundu


 

İstanbul-Hələb uçuşları <b style="color:red"> bərpa olundu</b>

İstanbul və Hələb arasında təyyarə uçuşları bərpa olunub.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

O qeyd edib ki, Türk Hava Yollarının İstanbul-Hələb marşrutu üzrə müntəzəm sərnişin reysləri həftədə üç gün olacaq.

“Uçuşların bərpası çərçivəsində Dəməşqin ardınca, biz indi də Hələbə reyslərə başlayırıq. Türk Hava Yolları İstanbul-Hələb marşrutu üzrə çərşənbə, cümə və bazar günləri uçuşlar həyata keçirəcək. Uçuşların sayı avqustun 15-dən həftənin beş gününə, sentyabrın 1-dən isə həftənin yeddi gününə qaldırılacaq”, - deyə Abdulkadir Uraloğlu vurğulayıb.

O xatırladıb ki, İstanbul-Dəməşq reysləri həftənin 7 günü həyata keçirilir.

İbrahim Cəfərov

 





01.08.2025    çap et  çap et