525.Az

“Ukrayna müharibəni bitirmək istəyir” - XİN başçısı


 

“Ukrayna müharibəni bitirmək istəyir” - <b style="color:red"> XİN başçısı</b>

“Ukraynanın məqsədi bu il müharibəni bitirməkdir, Rusiya isə danışıqlar prosesini imitasiya edir, vaxt udmağa və daha çox ərazi tutmağa çalışır”.

525.az xəbər verir ki, bu barədə Finlandiya nəşrinə müsahibəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

Nazir ABŞ prezidenti Donald Trampın Vaşinqtonun tezliklə Rusiya neftini alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyi ultimatumunu dəstəkləyib. O, əlavə edib ki, Tramp Kreml rəhbərinin çəkindiyi yeganə siyasətçidir:

“İndi bütün ölkələr onun Moskvaya qarşı hədələrini həyata keçirib-keçirməyəcəyini izləyir. Sanksiyalar Rusiya iqtisadiyyatı üçün dağıdıcı olmalı və üçüncü ölkələrlə ticarət aparmasının qarşısını almalıdır”.

Pərvanə Sultanova

 





01.08.2025    çap et  çap et