525.Az

“Bu kino ki var...” - 2 avqust Azərbaycan Kinosu Günüdür


 

“Bu kino ki var...” - <b style="color:red"> 2 avqust Azərbaycan Kinosu Günüdür</b>

Bu gün Azərbaycanda kino günüdür. 

525.az xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə avqustun 2-si tarixi kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib. 

Qeyd edək ki, 1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişonlentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil edib. Həmin gün Azərbaycan milli kinonun yaranma günü sayılır. 

"Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" 2001-ci ildə Azərbaycan Dövlət Film fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana gətirilib və hazırda filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır.

Bundan sonra 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılıb. 1915-ci ildə cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayıb. Filmi çəkmək üçün Sankt-Peterburqdan rejissor Boris Svetlov Bakıya dəvət olunub. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilib. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayib.

1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilib.

1919-cu ildə isə "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirilib.

 





02.08.2025    çap et  çap et