525.Az

Rəsul Cəfərovun məhkəməsi yanvarın 15-nə təyin edilib


 

Rəsul Cəfərovun məhkəməsi yanvarın 15-nə təyin edilib<b style="color:red"></b> İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.
 

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 15-nə təyin edilib.
 
Prosesə  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov sədrlik edəcək.
 
Qeyd edək ki, R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
 
İstintaq dövründə R. Cəfərova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham da elan olunub.
 





06.01.2015    çap et  çap et