525.Az

"Karvan" daha bir futbolçusu ilə bağlı qərar verdi


 

"Karvan" daha bir futbolçusu ilə bağlı <b style="color:red"> qərar verdi</b>

"Karvan" yarımmüdafiəçi İbrahim Qədirzadə ilə müqaviləni yeniləyib.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Qədirzadə ötən mövsüm "Karvan"ın heyətində 25 oyun keçirib və 3 qol ötürməsi edib.

Qeyd edək ki, yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək "Karvan" bu yay qapıçı Kamran İbrahimovla da müqaviləni uzadıb.

 





03.08.2025    çap et  çap et