525.Az

Sabah Aşuradır


 

Sabah Aşuradır<b style="color:red"></b>

Sabah hicri-qəməri təqvimi ilə 1434-cü il Məhərrəm ayının 10-u günü - Aşuradır.

APA-nın məlumatına görə, Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay İslam dinində döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura - Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və əhli-beyt tərəfdarlarının Kərbəlada şəhadətə yetirildiyi ay kimi daxil olub. Bu, müsəlmanların tarixinə ən acı, eyni zamanda qürur bəxş edən bir hadisə kimi daxil olub.
 
Aşura günü Kərbəla şəhidlərinin xatirəsi Azərbaycanda da xüsusi mərasimlərlə yad edilir. 
 
Məscidlərdə, ibadət ocaqlarında bu münasibətlə tədbirlər keçirilir. Eyni zamanda son illər Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə İmam Hüseyn (ə) naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyaları təşkil edilir. Ənənəvi olaraq, ilk qanvermə aksiyasına QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə və ölkənin tanınmış ictimai xadimləri qatılır.
 
QMİ-dən bildirilib ki, noyabrın 25-də Bakıdakı yeddi və bölgələrdəki altı məsciddə qanvermə aksiyası keçiriləcək. Noyabrın 25-də Bakıda yeddi məsciddə və bir ziyarətgahda, bölgələrdə isə altı məsciddə QMİ-nin xətti ilə qanvermə aksiyası keçiriləcək. Vətəndaşlar Təzəpir, Hacı Soltanəli, Bibiheybət, İçərişəhər Cümə, Qaraçuxur, Keşlə qəsəbə məscidlərində, Mir Mövsüm ağa ziyarətgahında, Sumqayıt şəhər Cümə məscidində, Gəncədəki İmamzadə məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində, Lənkəran şəhər Böyükbazar məscidində və Bərdə şəhər Cümə məscidində qanvermə aksiyasına qoşula bilərlər.

 





24.11.2012    çap et  çap et