525.Az

“Qarabağ” mərhələ adlasa, bu komandayla qarşılaşacaq - ÇL


 

“Qarabağ” mərhələ adlasa, bu komandayla qarşılaşacaq - <b style="color:red"> ÇL</b>

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

525.az xəbər verir ki, püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənib.

“Qarabağ” üçüncü təsnifat mərhələsində Şimali Makedoniya çempionu “Şkendiya”nı mübarizədən kənarlaşdırsa, pley-offda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Təmsilçimiz ilk matçı səfərdə keçirəcək. 

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" ötən il ÇL-in üçüncü təsnifat mərhələsində "Ludoqorets"lə qarşılaşıb. İlk matçda 1:2 hesabı ilə uduzan təmsilçimiz səfərdə rəqibini darmadağın (7:2) edərək mərhələ adlamışdı. 

“Ferentsvaroş”la isə Qurban Qurbanovun komandası 2022/23 mövsümündə üz-üzə gəlib. Çempion lar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında Bakıda 1:1 hesabı qeydə alınsa da, səfərdə 3:1 hesablı qələbə qazanan təmsilçimiz mərhələ adlamışdı. 

 





04.08.2025    çap et  çap et