525.Az

Nigeriyada silahlı hücum - 5 nəfər öldürülüb, 50 nəfər qaçırılıb


 

Nigeriyada silahlı hücum -<b style="color:red"> 5 nəfər öldürülüb, 50 nəfər qaçırılıb</b>

Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında silahlı dəstə üzvlərinin həyata keçirdiyi hücumlar nəticəsində 5 nəfər həyatını itirib, 50 nəfər isə qaçırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dəstə üzvləri Zamfara ştatına bağlı 16 ayrı bölgədə silahlı hücumlar təşkil ediblər.

Hadisə nəticəsində 5 nəfər həlak olub, 50 nəfər isə naməlum silahlı şəxslər tərəfindən girov götürülüb.

Ləman İlkin

 





04.08.2025    çap et  çap et