525.Az

Cənubi Koreya sərhəddə səsgücləndiriciləri yığışdırıb


 

Cənubi Koreya sərhəddə səsgücləndiriciləri yığışdırıb<b style="color:red"></b>

 

Cənubi Koreya sərhədi boyunca Şimali Koreya əleyhinə təbliğat yayımları aparan səsgücləndiriciləri yığışdırmağa başlayıb.

525.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən açıqlamada yeni prezident Li Jae Myung-un vəzifəyə başlaması ilə atılan bu addımın hərbi hazırlığa təsir etmədən Koreyalararası gərginliyi azalda biləcək praktiki tədbir olduğu bildirilib.

Müdafiə Nazirliyinin mətbuat katibi Li Kyunq-ho bu qərarla bağlı iki ölkənin hərbçilərinin arasında əvvəlcədən məsləhətləşmə aparmadığını deyib. Bundan əlavə, potensial böhran vəziyyətində səsgüclündiricilərin yenidən işə salınıb-yerləşdirilə biləcəyi barədə heç bir məlumat verilməyib.

Gələn tənqidlərə son dərəcə həssas qalan Pxenyan administrasiyası səsgücləndiricilərin yığışdırılması ilə bağlı hələlik açıqlama verməyib.

Məhəmməd Tağıyev

 





04.08.2025    çap et  çap et