525.Az

Leşyeyənlə toqquşan təyyarə qəzadan güclə qurtuldu


 

Leşyeyənlə toqquşan təyyarə qəzadan <b style="color:red"> güclə qurtuldu</b>

İspaniyada havaya qalxan "İberia" aviaşirkətinə məxsus təyyarəyə leşyeyən qartal çırpılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Madrid səmasında baş verib.

Nəticədə təyyarənin burun hissəsi və mühərriklərindən biri ciddi zədələnib. Parisə uçmalı olan təyyarə 20 dəqiqə sonra geri - Madrid aeroportuna qəza enişi edib.

Qeyd edək ki, göyərtədə olan 180 sərnişindən və ekipaj üzvlərindən xəsarət alan olmayıb.

L.Tağıyeva

 





04.08.2025    çap et  çap et