Türkiyənin Sivas şəhərində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus uçurumdan aşıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sivasın Suşehri rayonunda baş verən qəza nəticəsində 3 nəfər ölüb, 4-ü ağır olmaqla 18 nəfər yaralanıb.

Məlumata görə, Şanlıurfadan Orduya fındıq toplamaq üçün gedən kənd təsərrüfatı işçilərini daşıyan, nömrəsi və sürücüsünün şəxsiyyəti hələ müəyyən edilməmiş mikroavtobus idarəetməni itirərək Geminbeli aşırımı yaxınlığında dərəyə aşıb.
Hadisə yerinə təcili yardım, polis əməkdaşları və xilasedicilər cəlb olunub. Yaralılar Suşehri və Zara rayonlarındakı dövlət xəstəxanalarına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov
çap et