525.Az

NASA Ay səthinə nüvə reaktoru göndərməyə hazırlaşır


 

NASA Ay səthinə nüvə reaktoru<b style="color:red"> göndərməyə hazırlaşır</b>

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Ayın səthinə nüvə reaktoru yerləşdirməyi planlaşdırır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da nəşr olunan “Politico” jurnalı bununla bağlı sənədlər əldə edib. Həmin sənədlərə əsasən, NASA ictimaiyyətə böyük bir layihəni təqdim etməyə hazırlaşır.

ABŞ-ın nəqliyyat naziri və NASA-nın müvəqqəti direktoru Şon Daffinin bu həftə Ayda qurulması və sonradan ora göndərilməsi planlaşdırılan nüvə reaktoru layihəsini elan edəcəyi gözlənilir.

Reaktorun 100 kilovat gücündə olması və 2030-cu ilə qədər kosmosa göndərilməsi hədəflənir.

Ləman İlkin

 





05.08.2025    çap et  çap et