525.Az

Los Ancelesdə silahlı hücum - 2 nəfər həyatını itirib


 

Los Ancelesdə silahlı hücum -<b style="color:red"> 2 nəfər həyatını itirib</b>

ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində bir məclisdə baş verən silahlı hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Los Anceles Polis İdarəsinin rəsmisi şəhərdə keçirilən bir şənliyə yerli vaxtla saat 01:00 radələrində silahlı hücum edildiyini açıqlayıb.

Rəsmilərin verdiyi məlumata görə, hücum zamanı Qreqori Derisso adlı şəxs hadisə yerində, 52 yaşlı bir qadın isə aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə zamanı yaralanan 6 nəfərdən birinin vəziyyətinin ağır olduğu bildirilib.

Hazırda hücum edən şəxsin kimliyi müəyyənləşdirilməyib və istintaq davam edir.

Ləman İlkin

 





05.08.2025    çap et  çap et