525.Az

Meksikada 32 nəfərə aid insan qalıqları tapılıb


 

Meksikada 32 nəfərə aid insan qalıqları tapılıb<b style="color:red"></b>

Meksikanın tez-tez zorakılıq hadisələri ilə gündəmə gələn Guanajuato ştatında keçən həftə tərk edilmiş bir evdə tapılan parçalanmış insan qalıqlarının 32 nəfərə aid olduğu açıqlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ştat prokurorluğu verdiyi açıqlamada, tapılan qalıqlardan indiyədək 15 nəfərin şəxsiyyətinin müəyyən edildiyini bildirib.

Prokurorluq meyitlərin parçalanmış və qarışıq vəziyyətdə olduğunu, bu səbəbdən kimlik müəyyən etmənin çətinləşdiyini qeyd edib.

Yerli mediada yayılan məlumatlara görə, insan qalıqları plastik torbaların içində tapılıb.

Ləman İlkin

 





05.08.2025    çap et  çap et