525.Az

Çində çikunqunya virusuna yoluxanların sayı 7 mini keçib


 

Çində çikunqunya virusuna yoluxanların sayı <b style="color:red"> 7 mini keçib</b>

Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Foşan şəhərində ağcaqanad vasitəsilə yayılan çikunqunya virusuna yoluxma halları sürətlə artmağa davam edir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, virusa yoluxanların sayı artıq 7 mini ötüb.

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, ağcaqanad sancması ilə yoluxan çikunqunya virusu yüksək hərarət və oynaq ağrılarına səbəb olur.

Nadir hallarda ölümə səbəb olan çikunqunya xəstələrinin müalicəsi üçün təsdiqlənmiş 2 peyvənd mövcuddur.

Ləman İlkin

 





05.08.2025    çap et  çap et