525.Az

Serbiyalı nazir canlı yayımda beyin qanaması keçirdi


 

Serbiyalı nazir canlı yayımda <b style="color:red"> beyin qanaması keçirdi</b>

Bu gün səhər saatlarında televiziya proqramında qonaq olan Serbiyanın dövlət sərmayələri naziri Darko Qlisiçin halı canlı yayımda pisləşib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, halı pisləşən nazirin efirdə beyin qanaması keçirdiyi məlum olub. Bu səbəbdən canlı yayım yarımçıq dayandırılıb və Qlisiç xəstəxanaya aparılıb.

Serbiyanın səhiyyə naziri Zlatibor Loncar həmkarının vəziyyətini şərh edərkən deyib:

“Televiziya proqramı zamanı halı pisləşən Qlisiç huşsuz vəziyyətdə xəstəxanaya gətirilib. Onun beyin qanaması keçirdiyi və vəziyyətinin çox ağır olduğu müəyyən olunub”.

Serbiya Prezidenti Aleksandar Vuçiç sosial şəbəkədə paylaşım edib. “Darko, möhkəm dur. Təslim olma”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, 2024-cü ilin mayından Serbiya hökumətində dövlət investisiyaları naziri vəzifəsini tutan Qlisiçin 52 yaşı var.

İbrahim Cəfərov

 





05.08.2025    çap et  çap et