Özbəkistan və Türkmənistan prezidentləri Şavkat Mirziyoyev və Sərdar Berdiməhəmmədov BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində görüşüblər.
525.az xəbər verir ki, tərəflər qarşıdan gələn yüksək səviyyəli tədbirlərə hazırlıq kontekstində Özbəkistan-Türkmənistan dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin aktual məsələlərini müzakirə ediblər.
Qarşılıqlı ticarət dövriyyəsinin dinamik artımı, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı və su təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşməsi məmnunluqla qeyd olunub. Regionlararası və humanitar sahədə fəal mübadilələrin davam etdiyi vurğulanıb.
Bu il üçün nəzərdə tutulan hökumətlərarası komissiyanın, İşgüzar Şuranın, Regionlar Forumunun iclaslarının, bir sıra mədəni tədbirlərin səmərəliliyinin təmin edilməsinin vacibliyi qeyd edilib.
Həmçinin regional gündəliyə dair fikir mübadiləsi aparılıb, yüksək səviyyəli görüşlərin qrafikinə baxılıb.
Pərvanə Sultanova
çap et