Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.
525.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” hesabında yazıb.
O bildirib ki, Prezident Trampla məhsuldar söhbət aparılıb. Əsas məsələ müharibəyə son qoymaqdır:
“Biz ədalətli və davamlı sülh üçün göstərdiyi bütün səylərə görə ABŞ Prezidentinə minnətdarıq. Bu gün Ukrayna və ABŞ öz mövqelərini razılaşdırdılar. Vəziyyəti dəyərləndirdik: ruslar zərbələrinin şiddətini artırıblar. Prezident Tramp Rusiyanın Kiyevə, digər şəhərlərimizə və icmalarımıza zərbələri barədə tam məlumatlıdır”.
Prezident bildirib ki, Amerika lideri ilə Rusiyaya qarşı sanksiyaları və Ukraynanın müdafiəsi üzrə Avropanın birgə qərarlarını müzakirə edib. Eyni zamanda, Ukrayna və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq barədə də danışılıb. Onun sözlərinə görə, artıq pilotsuz təyyarələrlə bağlı saziş layihəsi hazırlanıb və Ukrayna onu müzakirə edib imzalamağa hazırdır. Zelenski bunu mümkün ən güclü razılaşmalardan biri adlandırıb.
Pərvanə Sultanova
çap et