525.Az

Qırğızıstanda güclü zəlzələ


 

Qırğızıstanda güclü zəlzələ<b style="color:red"></b>

Bu gün Bakı vaxtı ilə 16:44-də Qırğızıstanda güclü zəlzələ olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, titrəyişlərin gücü Rixter şkalası ilə 5,1 bal olub.

Zəlzələnin episentri 27,7 min əhalisi olan Bazar-Korqan yaşayış məntəqəsindən 33 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

L.Tağıyeva

 





05.08.2025    çap et  çap et