Kanadada maraqlı, eyni zamanda qeyri-adi hadisə baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Eşkroft şəhəri yaxınlığında göydən düşən balıq güclü yanğına səbəb olub.
Yanğınla bağlı siqnal alan yanğınsöndürənlər təcili hadisə yerinə gediblər və alovu qısa zamanda ram ediblər. Yanğının nədən baş verdiyini aydınlaşdıranda isə məlum olub ki, səbəbkar balıqdır. Belə ki, elektrik xətlərinin altında tapılan yanmış balıq bunu deməyə əsas verib. Güman ki, yaxınlıqdakı göldən balıq tutan quş havada ikən ovu dimdiyindən salıb və balıq elektrik xətlərinin üzərinə düşüb. Qısaqapanma nəticəsində yaranan qığılcım isə quru otların yanmasına gətirib çıxarıb və alov qısa zamanda geniş əraziyə yayılıb.
Qeyd edək ki, qısaqapanma eyni zamanda Eşkroftun bir hissəsini bir neçə saatlıq elektriksiz qoyub.
L.Tağıyeva
çap et