525.Az

Bu 3 ölkə NATO-nun Ukraynaya yeni dəstək proqramına qoşuldu


 

Bu 3 ölkə NATO-nun Ukraynaya yeni dəstək proqramına <b style="color:red"> qoşuldu</b>

Danimarka, Norveç və İsveç ABŞ silahları və avadanlıqlarının Ukraynaya tədarükünü nəzərdə tutan NATO-nun "Ukraynanın Üstün Tələb Siyahısı" (PURL) adlandırdığı yeni mexanizmə qoşulub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, adıçəkilən 3 ölkə ABŞ istehsalı olan avadanlıq və sursatların daxil olduğu 500 milyon dollarlıq bir paketi maliyyələşdirmək qərarına gəlib.

Yeni mexanizmin məqsədi Ukraynada sülh səyləri davam edərkən Kiyevin güclü mövqedə olmasını təmin etməkdir.

NATO-nun Baş katibi Mark Rutte Danimarka, Norveç və İsveçin bu qərarını yüksək qiymətləndirib.

Ləman İlkin

 





05.08.2025    çap et  çap et