525.Az

ARDNF 7 ayda büdcə öhdəliyini tam icra edib


 

ARDNF 7 ayda büdcə öhdəliyini tam icra edib<b style="color:red"></b>

Bu ilin yanvar-iyul aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 8 milyard 447,3 milyon manat təşkil edib.

525.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.

Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 7 aylıq ödəniş tam icra edilib.

 





06.08.2025    çap et  çap et