525.Az

Azərbaycan Qazaxıstanla nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib


 

Azərbaycan Qazaxıstanla nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib<b style="color:red"></b>

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Prezidentinin müşaviri Asel Janasova və "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin İdarə heyətinin sədri Talqat Aldıbergenov ilə görüşüb.

Bu barədə 525.az-a Nazirlikdən bildirilib.

Görüşdə avtomobil nəqliyyatı ilə yükdaşımalar, aviadaşımalar, gəmiqayırma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin Orta Dəhlizin inkişafı, limanların və logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

 





06.08.2025    çap et  çap et