525.Az

İndoneziyada Semeru vulkanında iki püskürmə baş verib


 

İndoneziyada Semeru vulkanında<b style="color:red"> iki püskürmə baş verib</b>

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında iki püskürmə baş verib.

525.az xəbər verir ki, Semeru Vulkan Müşahidə Bürosunun rəsmiləri Semerunun yerli vaxtla saat 05:24-də püskürdüyünü bildirib.

Rəsmilər dağın səpdiyi külün təxminən 600 metr yüksəkliyə qalxdığını və şimal-şərq istiqamətində hərəkət etdiyini deyiblər.

Qeyd edək ki, "Sakit okean alov halqası" zəlzələsi və vulkanik qurşağında yerləşən İndoneziyada 130-a yaxın aktiv vulkan var.

Məhəmməd Tağıyev

 





06.08.2025    çap et  çap et