525.Az

Votsap 6,8 milyon hesabı silib


 

Votsap 6,8 milyon hesabı silib<b style="color:red"></b>

“Meta” 2025-ci ilin birinci yarısında bütün dünyada istifadəçiləri hədəf alan fırıldaqlarla əlaqəli 6,8 milyon votsap hesabının bağlandığını açıqlayıb.

525.az xəbər verir ki, şirkət bu hesabların böyük bir hissəsinin Cənub-Şərqi Asiyada mütəşəkkil cinayətkar dəstələr tərəfindən yaradılmış fırıldaqçılıq mərkəzləri ilə əlaqəli olduğunu bildirib.

Belə ki, “Meta” eyni gün votsapın fırıldaqçılıqla mübarizədə yeni tədbirlər həyata keçirdiyi barədə açıqlama verib.

Qeyd edək ki, votsap bu hesabların əksəriyyətini fırıldaqçılıq mərkəzləri aktivləşməmişdən əvvəl aşkar edib bağladığını bildirib.

Məhəmməd Tağıyev

 





06.08.2025    çap et  çap et