525.Az

Çerçesov "Axmat"la rəsmi müqaviləyə imza atdı


 

Çerçesov "Axmat"la rəsmi müqaviləyə imza atdı<b style="color:red"></b>

Qroznının "Axmat" klubunun Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesovla danışıqlar aparması barədə məlumat vermişdik.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün tərəflər 3 illik müqavilə bağlayıblar.

Sözləşmənin detalları barədə məlumat verilmir. Yeni baş məşqçi Qroznı təmsilçisinə yad insan deyil. Belə ki, 2012/13-cü illər mövsümündə, hələ klubun adı "Terek" olarkən Çerçesov bu komandaya rəhbərlik edib və çempionatda o dövr üçün uğurlu sayılacaq 8-ci pilləni tutub.

Qeyd edək ki, əvvəlki baş məşqçi Aleksandr Storojuk ardıcıl 3 məğlubiyyətdən sonra istefaya göndərilib. Çerçesovun isə son iş yeri Qazaxıstan millisi olub.

L.Tağıyeva

 





06.08.2025    çap et  çap et