525.Az

Qanalı nazirlər helikopter qəzasında həlak olublar


 

Qanalı nazirlər helikopter qəzasında həlak olublar<b style="color:red"></b>

Qananın müdafiə naziri Edvard Omane Boamah və ətraf mühit, elm və texnologiyalar naziri İbrahim Murtala Məhəmməd hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Qana ordusunun daha əvvəl yaydığı məlumatda Hərbi Hava Qüvvələrinə məxsus, üç ekipaj üzvü və beş sərnişin daşıyan bir helikopterin radarlardan itdiyi bildirilmişdi.

Məlumata görə, əlverişsiz hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirib.

Hələlik hadisənin səbəbi məlum deyil.

Ləman İlkin

 





06.08.2025    çap et  çap et