525.Az

Yaponiya əhalisinin sayı azalıb


 

Yaponiya əhalisinin sayı <b style="color:red"> azalıb</b>

Yaponiya hökuməti ölkə vətəndaşlarının sayının ötən illə müqayisədə təxminən 908 min nəfər azalaraq 120 milyon 653 minə düşdüyünü açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada əhali sayı ardıcıl olaraq 16 ildir ki, azalmaqdadır.

Əhalinin sayının azalmasına əsas səbəb kimi cəmiyyətin yaşlanması və doğum səviyyəsinin aşağı düşməsi göstərilir.

Son rəqəmlərə görə, Yaponiyanın ümumi əhalisi hazırda təxminən 123 milyon 800 min nəfər təşkil edir.

Ləman İlkin

 





06.08.2025    çap et  çap et