525.Az

Fransada 13 min hektarlıq ərazi külə dönüb


 

Fransada 13 min hektarlıq ərazi <b style="color:red"> külə dönüb</b>

Fransanın cənubunda yerləşən Od vilayətində baş verən və indiyədək 13 min hektarlıq ərazini külə çevirən meşə yanğını ilə mübarizə işləri davam edir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, vilayətin Riboat qəsəbəsində dünən başlayan yanğın güclü külək və yüksək temperaturun təsiri ilə qısa müddətdə minlərlə hektar əraziyə yayılıb.

Hazırda yanğının söndürülməsi üçün təxminən 2 min yanğınsöndürən, 2 təyyarə və 4 helikopter cəlb olunub.

Ləman İlkin

 





06.08.2025    çap et  çap et