525.Az

ABŞ-dan bu ölkələrin vətəndaşlarına 15 min dollarlıq viza şərti


 

ABŞ-dan bu ölkələrin vətəndaşlarına 15 min dollarlıq <b style="color:red"> viza şərti</b>

ABŞ Zambiya və Malavi vətəndaşlarının viza müraciətlərində 15 min dollara qədər təminat qoymalarını tələb edən yeni bir proqramı tətbiq etməyə hazırlaşır.

525.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı yazılı açıqlamada 20 avqustdan etibarən, ticarət və turizm məqsədli vizalar üçün müraciət edən Malavi və Zambiya vətəndaşlarının 15 min dollara qədər təminat ödəməli olacaqları bildirilib.

Açıqlamada bu proqramın əsas məqsədinin viza müddətinin aşılmasının qarşısını almaq və ABŞ-ın immiqrasiya qanunlarına riayət olunmasını təşviq etmək olduğu qeyd olunub.

Bildirilib ki, viza şərtlərinə tam əməl edən və onlara ayrılmış müddət ərzində ABŞ-ı tərk edən şəxslərə təminat məbləği tam şəkildə geri qaytarılacaq.

Ləman İlkin

 





06.08.2025    çap et  çap et