Məşhur Hollivud ulduzu Bred Pittə ağır itki üz verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun anası Ceyn Etta dünən 84 yaşında vəfat edib.
Bu barədə Bred Pittin qardaşı qızı Sindi mətbuata bildirib. Son vaxtlar səhhətində ciddi problemlər olan Ceyn Etta 85 yaşına bir neçə gün qalmış dünyasını dəyişib.
Qeyd edək ki, daha əvvəl məktəblərdə psixoloq-məsləhətçi işləyən Ceyn Ettanın Breddən savayı Daq və Culi adlı iki övladı var.
L.Tağıyeva
çap et