525.Az

"Qarabağ"dan ayrılan Benzianın yeni klubu müəyyənləşib


 

"Qarabağ"dan ayrılan Benzianın yeni klubu müəyyənləşib<b style="color:red"></b>

Yay fasiləsində "Qarabağ"dan ayrılan Yassin Benzianın yeni klubu müəyyənləşib.

525.az xəbər verir ki, əlcəzairli futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Feyha" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə 1 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, Əlcəzair millisinin də üzvü olan Yassin Benzia 2023-2025-ci illərdə "Qarabağ"ın formasını geyinib.

 





07.08.2025    çap et  çap et