525.Az

Xızıda Mikayıl Müşfiq yad edilib


 

Xızıda Mikayıl Müşfiq yad edilib<b style="color:red"></b>

Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb.

Nakam şairin ölümünün 77 illiyinə həsr olunan mərasim rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib.

Ölməz şairin büstü ətrafına toplaşan şairlər, yazıçılar, elm və incəsənət xadimləri Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən geniş söhbət açıblar.

Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dilinin əzbəridir.

Anma mərasimində "Şöhrət" ordenli, Əməkdar Müəllim, şair Ofeliya Babayeva, yazıçı-publisist Müşfiq Cabiroğlu, rəssam Minayə Dəyanətqızı və başqaları çıxış edərək görkəmli poeziya ustasının yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğunu qeyd ediblər.

Tədbirdə Xızı məktəbliləri şairin əsərlərini səsləndiriblər.

S.ABDULLAYEVA

 





07.01.2015    çap et  çap et